SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Ramazan bayramınız mübarək!

Əziz həmvətənlərimiz,
Müqəddəs Ramazan bayramı yaxınlaşmaqdadır. Tezliklə bu bayram bütün müsəlman aləmində böyük sevinclə qeyd olunacaq. Allahın bizlərə bəxş etdiyi Ramazan ayı ayların ən fəzilətlisidir. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan ayıdır.
Ramazan ən böyük hikmətlərlə, özünü təkmilləşdirmə ilə müşayiət olunan müqəddəs aydır. Ona görə də bu ayı 11 ayın "sultanı" adlandırırlar. Bu ay Allah tərəfindən xüsusi seçilib. Bütün müqəddəs kitablar Ramazan ayında endirilib. İbrahim peyğəmbərin (s.ə.s) səhifələri Ramazanın ilk gecəsi, "Tövrat" altı gün sonra, "İncil" on üçüncü günün gecəsi, "Zəbur" Ramazan ayının son gecəsi nazil olub. Sonuncu ilahi kitab "Qurani-kərim" isə Ramazanın axır on günü ərzində endirilmişdir.
Əziz bacı və qardaşlarımız,
Sizi müqəddəs Ramazan Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bütün İslam dünyasına və eləcə də Azərbaycanımıza xoşbəxtlik, möhkəm sülh, rifah, səmimiyyət, könül xoşluğu, firavan və qayğısız həyat arzu edirik. Uca Tanrıdan evlərimizə, könlümüzə və ruhumuza xeyir-bərəkət nəsib etməsini diləyirik.
Allah oruclarınızı və dualarınızı qəbul etsin!

2014-07-29 ||www.delta-telecom.net