Bakutel 2009

4-7 noyabr 2009-cu il tarixlərində Heydər Əliyev adına İdman və Sərgi Kompleksində “BakuTel” – Telekommunikasiya və İnformasiya Texnologiyaları Beynəlxalq sərgisi keçirilmişdir. Artıq 15 ildir ki, keçirilən bu sərgidə ölkəmizdən olan şirkətlərlə yanaşı bir sıra xarici ölkədən olan şirkətlər də iştirak etmişdir.
“Delta Telekom” müəssisəsi “BakuTel” sərgisinin daimi iştirakçılarındandır. “BakuTel” – Telekommunikasiya və İnformasiya Texnologiyaları Beynəlxalq Sərgisində “Delta Telekom” hər il olduğu kimi bu il də ölkəmizin telekommunikasiya sektorunda ən qabaqcıl texnoloji yeniliklərilə iştirak edir.
Bu il sərgidə Delta Telekom müəssisəsi həyata keçirdiyi yeni layihələri nümayiş etdirdi. Bu layihələrdən Azərbaycanın şimal hissəsinə alternativ kanalların çəkilməsi, yeni nəsil Genişzolaqlı Mobilİ İnternet xidmətini təqdim etdi.
Təqdim olunan Genişzolaqli Mobil İnternet xidməti – mobil WiMAX - İEEE 802.16e (rev-e) standartı olan ən müasir simsiz texnologiyadır. Genişzolaqli Mobil İnternet xidməti Azərbaycan İnternet istifadəçilərinə yüksək sürətli, həm də simsiz bağlantını hətta saatda 100km sürətlə gedən avtomobildə belə İnternetlə təmin edir. Texnologiyanın müasirliyi kifayət qədər perspektiv gələcəyə zəmanət verir. Hal-hazırda saniyədə 10Mbit İnternet çıxışına imkan verən abonent avadanlıqları zərifliyi ilə fərqlənir. Bu modemlər birbaşa kompyuterə USB portu vasitəsilə bağlanır. Simsiz Rabitə texnologiyalarının bu qolunun perspektiv gələcəyində istifadəçiləri daha maraqlı özəllik - saniyədə 300Mbit İnternet çıxışı verə bilən inkişaf xətti gözləyir. Bu xəttin növbəti nəsilləri LTE, 802.16m kimi adlandırılır. Hal-hazırda Delta Telecom mütəxəssislərini bu kimi yenilikləri Azərbaycan İnternet istifadəçilərinə çatdırmağın ən qısa yolları maraqlandırır. Axı regionda hələ 2003-cü ildə ilk PreWiMAX texnologiyasının tətbiqini də eyni mütəxəssislər həyata keçirmişdir.
Sərginin açılış mərasimində ölkə prezidenti İlham Əliyev cənabları xanımı ilə iştirak etməsi, hamıda yüksək ruh hissi yaratdı. İT sahəsinin prioritet elan edilməsi, ölkə başçısının bu sahədə fəaliyyət göstərən təşkilatlara unikal yanaşmasından bir daha bəlli oldu. Dövlət başçısı xanımı ilə birlikdə sərgi pavilyonunda nümayiş olunan stendlərlə yanaşı "Delta Telekom" müəssisəsinin stendi ilə də yaxından tanış oldu. Delta Telekom müəssisəsinin həyata keçirdiyi yeni layihələr barədə ölkə prezidentinə məlumat verildi. Prezidentin marağını cəlb edən Genişzolaqli Mobil İnternet xidmətinin Azərbaycan İnternet istifadəçiləri üçün perspektiv gələcəyinin olduğu vurğulandı. Bu şəbəkənin ilk abonent avadanlığı prezidentə Telekommunikasiya və İnformasiya Texnologiyaları Beynəlxalq sərgisində Delta Telecom tərəfindən simvolik hədiyyə kimi təqdim olundu.
Delta Telecom ölkəmizin telekommunikasiya sferasında ən strateji layihələrdən biri, transit beynəlxalq tutumların daşınması üçün zəruri olan iritutumlu optik magistral layihəsini ölkə başçısına təqdim etdi. Layihədə şəbəkənin şimal hissəsinin dayanıqlı və etibarlı işini təmin edən alternativ rabitə xəttlərinin, Naxçıvan MR-ın rabitə şəbəkəsinin Gürcüstan və Türkiyə ərazisindən tranzit keçməklə, İRAN ərazisindən alternativ rabitənin bilavasitə Delta Telecom tərəfindən tikilib istifadəyə verilməsi nümayiş olundu. Dövlətlərarası tranzit kanalların verilməsini həyata keçirdiyimiz DWDM supermagistralda rezervlənmə işləri sona çatdırılmışdır. Yenicə tikilən DATA Mərkəzi yerli kontent sahiblərinin istifadəsinə verilmişdir, hal-hazırda 25 faizə milli web resursları artıq Data Mərkəzində yerləşdirilmişdir. Mobil Genişzolaqlı İnternet xidmətlərindən istifadəyə imkan verən WiMAX texnologiyası əsasında qurulan yeni şəbəkə haqqında Delta Telekom müəssisəsinin direktoru Ramazan Vəliyev ölkə prezidentinə məlumat vermişdir. Ramazan Vəliyev Bakı-Gürcüstan, Bakı-Rusiya arasında DWDM supermagistralının tam rezervləşdirilməsi, Bakı-Rusiya arasında şəbəkənin rezervləmək üçün 2000m dəniz səviyyəsindən yüksəklikdə 120km uzunluğunda Şamaxı-Quba fiber-optik kabel infrastruturunun yaradılması barədə ölkə prezidentinə ətraflı məlumat verdi.
Prezidentin xüsusi diqqətini cəlb edən layilərə o, “Bu şirkət xüsusi strateji layihələrilə fərqlənir.” sözləriylə Delta Telecom əməkdaşlarına mənəvi dəstəyini nümayiş etdirdi.
Sərgidə xarici dövlət nümayəndələri, beynəlxalq qurumlar və təşkilatların təmsilçiləri iştirak etdilər.

2009-11-04 ||www.delta-telecom.net