Delta Telecomdan yeni endirimlər!

Milli Qurtuluş Günü münasibəti ilə Delta Telecomdan tərəfindən yeni endirimlər tərtib olundu!

Delta Telecom Milli Qurtuluş günü tövhəsi ilə çıxış edərək xalqına Yeni İpV6 6-cı nəsil İnternet texnologiyasını, və növbəti dəfə internet tariflərində endirimlər təqdim etdi.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi günü kimi hər bir azərbaycanlının yaddaşına yazıldı, dövlətimiz müstəqilliyini qoruyub saxladı, ölkəmiz qarma-qarışıqlıqdan qurtardı, millətimiz vətəndaş müharıbəsindən xilas oldu.

Delta Telecom da xalqına və dövlətinə xidmət edərkən 10 ildən artıqdır ki, respublikamızı və bütün Qafqaz reqionunu internetlə təmin edərək və qiymət-keyfiyyət siyasətini tənzimləyərək öz yeganəliyini qoruyub saxlayır və bununla da keyfiyyəti artıraraq qiymətlərin endirilməsinə şərait yaratmaqda davam edir.

“Ötən il ölkəmizdə internet tariflərinin iki dəfə endirilməsinə nail olduq və hal-hazırda da bu siyasətimiz davam edir.” Bu barədə ICT News-ə açıqlama verən Delta Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli bildirdi ki, şirkətin atdığı bu addım sayəsində internetin keyfiyyətinin yüksəldilməsi ilə genişzolaqlı internet istifadəçilərinin sayı bir neçə dəfə artırıldı. Bu gün bir çox sosial şəbəkə istifadəçilərinin sayının artması onu göstərir ki, Azərbaycanda internet öz dinamik inkişafını davam etdirir. Digər tərəfdən keyfiyyətin artırılması nəticəsində bu gün Azərbaycanda son istifadəçilərin böyük bir hissəsi Dial-up texnologiyalarından imtina edərək FTTx və ya ADSL texnologiyalarına keçmişdir.

Hal-hazırda Delta Telecom bu günkü inkişaf dinamikasına dəstək vermək məqsədilə növbəti layihəyə imza atmışdır. R.Ələkbərli sözlərinə davam edərək bildirdi ki, internet magistralında boş qalan tutumlar mövcuddur, yəni Azərbaycana gətirilən tutumların həcmi satılan tutumların həcmindən çoxdur. Yəni ölkəmizə gətirilən internet resurslarının 30 faizi satılır, qalan resurslar boş qalırdı. Texniki direktor boş qalan resursun realizəsi üçün bir sıra texniki problemlərin olduğunu bildirdi. Bu gün internet istifadəçilərinin daha çox tutum əldə etməsi və keyfiyyətli İnternetlə təmin edilməsi əsas məqsəddir. Bu istiqamətdə provayderlərə dəstək olaraq, eyni zamanda keyfiyyətin artırılması məqsədilə layihələr həyata keçirilib. Azərbaycanın indiki resurslarından min dəfələrlə çox - 4,3 milyard İnternet ünvanları alınmışdır. Yeni İnternet resursları sayəsində milyonlarla internet istifadəçisinə yüksək keyfiyyətli internet çatdırmaq mümkündür. Söhbət İpV6 - 6-cı nəsil internet texnologiyalarından gedir. Bu texnologiyanın tətbiqi ilə son internet istifadəçisində internet ünvan problemi aradan qaldırılır. O da məlumdur ki, Delta Telecomun internet magistaralı təkcə Azərbaycana yox, bütün bölgəyə xidmət edir. Reallıq onu göstərir ki, Delta Telecomun İnternet magistralı artıq dördüncü ildir ki, regionda həm keyfiyyət həm də qiymət siyasətilə öz birinciliyini qoruyub saxlayır. 6-cı nəsil İnternet texnologiyalarının regionda ilk dəfə tətbiq etməklə öz mövqeyini bir daha möhkəmləndirdi. Bu İnternet magistralının ən müasir texnologiyalar əsasında inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədır. Digər tərəfdən bu layihələrin həyata keçirilməsi İnternet Servis Provayderlərin investisiya maraqlarının artırılmasına imkan yaradacaq. Delta Telecomun təmin etdiyi internetin keyfiyyətini itirmədən son istifadəçilərə çatdırılması onların öhdəsinə düşdüyündən məsuliyyətlərini dərindən dərk edirlər.


Hörmətli İnternet İstifadəçiləri, Hörmətli müştərilərimiz!


Artıq uzun müddətdir birgə çalışırıq. Sizə daima yüksək keyfiyyətli xidmətlər göstərmək üçün bütün kollektivimiz var gücünü əsirgəmir. Keçən müddət ərzində istər İnternetin keyfiyyətini yüksəldilməsində, istərsə də tariflərin aşağı salınmasında böyük uğurlar əldə etdik.

Hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının apardğı uğurlu siyasət, ölkəmizdəki stabillik, yüksək inkişaf bütün sahələrdə olduğu kimi telekommunikasiya sahəsində də güclü inkişafı təmin edib. Ölkəmizin bütün ərazisini təmin edən tam rezervli böyük imkanlara malik daşıyıcı DWDM şəbəkəsi, onun bütün şəhərlərimizi əhatə edən İP-MPLS şəbəkəsi qurulmuşdur, bunun imkanlarından ölkəmizdəki istifadəçilərlə yanaşı, bütün qonşu dövlətlərin rabitə operatorları da istifadə edir.

Bakı şəhərində Respublikamızın bütün bölgələrini əhatə edən İnternet Backbone-u yaradılmışdır. İnternet Backbone Rusiya, Gürcüstan, Türkiyə, İran bağlantıları ilə məhdudlaşmır, dünyanın ən böyük Tier 1 operatorları- Level 3, TaTa, Telia, Tinet, GBLX ilə də böyük tutumlu bağlantılarla qoşulmuşdur.

Bölgədə tərəfimizdən ilk dəfə Azərbaycanda Böyük DATA Mərkəzi yaradılmışdır, İnternet kontent istehsalçıları üçün saytların və kontentin burada ödənişsiz yerləşdirilməsi işləri aparılır. Bu ölkəmizin həmdə bir kontent, internet istehsalçısına çevrilməsinə şərait yaradır. Artıq 10-minlərlə sayt bu Data Mərkəzdə yerləşdirilmişdir.

Gördüyümüz işlər, qurulmuş böyük tutumlu şəbəkələr, Data Mərkəzi ölkəmizi bölgənin böyük bir telekommunikasiya mərkəzinə çevirir. Qonşu dövlətlərin böyük tutumlu tranzit rabitə kanallarının Azərbaycan üzərindən daşınması Respublikamızda göstərilən internet xidmətlərinin keyfiyyətini artırmağa və tariflərin kifayət qədər aşağı salınması üçün real şərait yaratmışdır.

Göstərilənləri nəzərə alaraq, son müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədi ilə tutumu 100Mbit/s-dən çox olan, borcu olmayan ISP və böyük istifadəçilər üçün ödənişlərin səviyyəsi saxlanılmaqla 01.07.2011-ci il tarixindən müvafiq olaraq tutumların artırılması yolu ilə tariflər hər bir 1Mbit//s İnternet xidməti üçün 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) kimi aşağı salınır.

İnternet kanallarının tutumu 10 Gbit/s və yuxarı olan ISP və böyük istifadəçilər üçün hər Mbit/s-yə 25 AZN (ƏDV-siz) tarif tətbiq ediləcək.

İnanıram ki, ISP və digər böyük istifadəçilər tətbiq etməyə hazırlaşdığımız bu tarifləri layiqincə qiymətləndirərək, bu sahəyə qoyulan investisiyalarını arıtracaqlar. Nəticədə, son müştərilərə göstərilən xidmətlərin keyfiyyətini yüksəltməyə böyük imkanlar əldə ediləcək.


2011-06-28 ||www.delta-telecom.net