|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

www.azeritube.az saytı Netty 2011 Milli İnternet Mükafatı layihəsinin qalibi oldu

May ayının 24-ü Səməd Vurğun adına Rus Dram Teatrında Netty 2011 Milli İnternet Mükafatı müsabiqəsinin final gecəsi keçirilmişdir. Virtual Jüri səsverməsi nəticəsində seçilmiş nominantlar arasından Netty Akademisyasının seçdiyi iştirakçılar qalib elan edilmiş, Netty 2011 müsabiqəsinin ənənəvi mükafatı və hədiyyələr ilə təltif olunmuşdur. Müsabiqədə “Delta Telecom Ltd”nin layihəsi olan Milli Video ve Televiziya kanallarınn paylaşım şəbəkəsi www.azeritube.az saytı “Əyləncə” nominasiyası üzrə qalib elan olunmuşdur. Həmçinin www.cbar.az, www.yarpack.az, www.xaricdetehsil.org, www.shamsi.musigi-dunya.az, www.fotoqraf.org,www.weblist.az
www.ecosport.az, www.gomap.az, www.natavangasimova.com, www.ireli.az, www.alinino.az saytları da aid olduqları kateqoriyaları üzrə Netty 2011 müsabiqəsinin qalibləri oldular.

2011-05-26 ||www.delta-telecom.net