SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

31 mart Azərbaycan xalqının soyqırımı günüdür

Əziz, həmvətənlər!

Son bir əsrin Azərbaycan tarixini vərəqlədiyimizdə qarşımıza dramatik, qanlı hadısələr, qətliamlar çıxır. 1918-ci il 30 mart-2 aprel tarixdə baş vermiş dəhşətli səhnələr bu tarixin ən sarsıdıcı və amansız səhifələridir. 1918-ci ilin Mart -Aprel aylarında baş verən hadisələr azərbaycanlıların soygırım günü kimi tariximizə daxil olmuşdur. Bu hadisələr zamanı Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni qəddarları 50 min Azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Təkcə Mart ayında Şamaxının 58 kəndi erməni ordusu tərəfindən dağıdılmışdır. Təxminən 8 minə yaxın insan öldürülmüşdür ki, bunun da 1653 nəfəri qadın, 965 nəfəri isə uşaqlar olmuşdur. Aprel ayında Quba qəzasına göndərilən erməni silahlı birləşmələri tərəfindən bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə Türk və Ləzgi qətlə yetirilmişdi. Bakı şəhərində 12 min adam milli və dini əlamətlərinə görə öldürülmüşdür. Ermənilər eyni hadisələri Göyçə, Kürdəmir, Salyan və Lənkəranda da təkrar etmişlər. Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.
Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırımlar rus-erməni işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyaya arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağı məqsəd güdüblər.
Qeyd edək ki, 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, iki milyona yaxın azərbaycanlı başqa millətdən olan insanlara, qonşu xalqlara nifrət və təcavüz ideologiyası və psixologiyası üzərində qurulmuş mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır.
Bu gün ermənilər cürbəcür siyasi, ideoloji təxribatlardan istifadə etməklə dünya ictimai fikrini çaşdırmağa, işğal faktını ört-basdır etməyə, unutdurmağa, son nəticədə beynəlxalq aləmi mövcud reallıqla barışdırmağa çalışır.
Əminik ki, haqq-ədalətin yerini tapacağı, dünya ictimaiyyətinin Ermənistanın bugünkü işğalçı və təcavüzkar siyasətinə yox deyəcəyi gün uzaqda deyildir.

Hörmətli soydaşlar!
Bir daha soygırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik.

2014-03-31 ||www.delta-telecom.net