|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Google” şirkəti “Google Pay” xidmətini təqdim edib

“Google” şirkəti “Android Pay” xidməti və “Google Wallet” pul kisəsini özündə birləşdirən “Google Pay” ödəmə xidmətini istifadəyə verib. Bu haqda “Google”un bloqunda məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, yeni mobil proqram istifadəçilərə smartfonun köməyi ilə adi mağazalarda, “Chrome” brauzeri və kənar proqramlarda, həmçinin “Google Assistant” səsli köməkçisi vasitəsilə alış-veriş etməyə imkan verəcək. Bundan başqa, sözügedən mobil proqramdan Kiyev, London və Portlenddə gediş haqqının ödənişində istifadə etmək mümkün olacaq.

“Google”un məlumatında “Google Pay” xidməti üzərindən edilən ödənişlərin təhlükəsizliyi diqqətə çatdırılır. Məsələn, xidmət satıcılara istifadəçinin kart məlumatlarını deyil, yalnız onun üçün yaradılmış virtual hesab nömrəsini təqdim edir.

2018-02-22 ||ictnews.az