|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Google” milyonlarla smartfonu təhlükəli virusa yoluxdurub

“Google” şirkətinin buraxdığı səhv “DressCode” virusuna “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dörd milyonadək mobil qurğunu yoluxdurmağa imkan verib. Zərərli proqram kodu indiyədək işləyərək istifadəçilər üçün narahatlıq törədir. Bu barədə “GitHub” portalına anonim haker bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, məlumata görə, “DressCode” virusu istifadəçidən gizli müxtəlif saytlarda reklam istinadlarını açaraq özünü adi istifadəçi kimi aparmasından, reklamçılar da həmin istinadlara keçid alınmasında qəribə heç nə görmürlər. Bununla yanaşı, virusu müəyyənləşdirmək çox çətindir: onun yeganə simptomu akkumulyator batareyasının enerjisinin tez tükənməsidir.

Bildirilir ki, lakin virusun ən təhlükəli təsiri onun istifadəçilərin virtual pul kisələri və bank hesablarına yönələn hücumlarıdır. Belə ki, o, bank sistemlərinin mübadilə etdiyi rekvizitləri dəyişə bilir.

Təxmini hesablamalara görə, virus yaradıcılarının gəlirləri təqribən 20 milyon dollar təşkil edir.

2018-01-29 ||ictnews.az