|   Xəbərlər

Bu planşet kompüterini təmir etmək mümkün deyil

Yeni “Microsoft Surface Book 2” planşet kompüterini, demək olar ki, təmir etmək mümkün deyil. “iFixit” şirkətinin mühəndisləri qurğunun təmirə yararlılığını ən aşağı balla qiymətləndiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, sözügedən şirkətin mütəxəssislərinin sözlərinə görə, sistem lövhələrindəki çoxsaylı boltlar və “tonlarla” kley qurğunun sökülməsinə mane olur. Bu səbəbdən ekranın sökülməsi zamanı onu asanlıqla zədələmək mümkündür. Prosessor və əməli yaddaş ümumiyyətlə sistem lövhəsinə lehimlənib ki, bu da təkmilləşdirmə imkanını qeyri-mümkün edir.

2017-11-21 ||ictnews.az