“IDC”: 5 il sonra artırılmış reallıq şlemləri geniş yayılacaq

"IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünyada 13,7 milyon virtual və artırılmış reallıq şlemi satılacaq, 2021-ci ilədək illik satış həcmi 81,2 milyonadək artacaq. Ancaq yaxın 2 ildə satışların 90%-dən çoxu virtual reallıq şlemlərinin payına düşəcək, halbuki artırılmış reallıq şlemləri daha sonra geniş yayılacaq.

2021-ci ilədək artırılmış reallıq şlemlərinin satış həcmi 30 milyard dolları ötəcək ki, bu da virtual reallıq şlemləri ilə müqayisədə təxminən 2 dəfə çoxdur, hərçənd ki artırılmış reallıq şlemləri illik satış həcminin yalnız 25%-ni təşkil edəcək. Bu, artırılmış reallıq şlemlərinin yüksək qiyməti ilə izah olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, yaxın vaxtlarda virtual şlemlər arasında “Gear VR” kimi ekransız şlemlər böyük əksəriyyət təşkil edəcək. Yaxın 2 ildə kompüterə qoşulma ilə olan şlemlərin bazar payı artmağa başlayacaq və proqnoz müddətinin sonuna yaxın avtonom işləyən şlemlər geniş yayılmağa başlayacaq.

2017-10-16 ||ictnews.az