|   Xəbərlər

Dünyada məlumat itkisinin həcmi 8 dəfə artıb

İnformasiya təhlükəsizliyinin təmini texnologiyaları üzrə ixtisaslaşmış “InfoWatch” şirkətinin məlumatına əsasən, dünyada məxfi məlumatların itkisinin həcmi 8 dəfə artıb ki, bu da rəqəmli iqtisadiyyatın aktiv inkişafı ilə əlaqədardır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hesablamalara görə, məlumat itkisi nəticəsində müdaxilə edilmiş fərdi və ödəmə məlumatlarının həcmi 7,78 milyard yazıya bərabər olub. Halbuki 2016-cı ilin yanvar-iyun ayları ərzində bu göstərici 1,06 milyard olub. Ötən il məlumat itkisi nəticəsində 3 milyard yazıya müdaxilə edilib.

Mütəxəssislər məlumat itkisinin həcminin artmasını rəqəmli dünyada informasiya, elektron ticarət, virtual pul və rəqəmli formada əqli mülkiyyətdən istifadə ilə izah edirlər.

2017-10-11 ||ictnews.az