Nyu-York polisi “Windows” sistemi ilə işləyən 36 min smartfondan imtina edəcək

Nyu-York polisi “Windows Phone 8.1” əməliyyat sistemi ilə işləyən 36 min “Lumia” smartfonundan imtina edəcək, çünki “Microsoft” şirkəti rəsmən bu sistemin dəstəyini dayandırıb.

“The New York Post” nəşri yazır ki, söhbət son 2 il ərzində “NYPD Mobility Initiative” proqramı çərçivəsində satın alınmış “Lumia 830” və “Lumia 640XL” qurğularından gedir. Həmçinin “Microsoft” şirkəti hüquq-mühafizə orqanları üçün xüsusi proqramlar hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, ancaq şirkətin “Windows Phone 8.1” əməliyyat sisteminin dəstəyindən imtina etməsi və satın alınmış smartfonları yeniləməyin qeyri-mümkünlüyü bu qurğuları faydasız edib. İndi Nyu-York polisi onları “iPhone” smartfonları ilə əvəz etməyi planlaşdırır. Bu halda ekspertlər “Lumia” smartfonları ilə bağlı seçimi çoxdan tənqid edirdilər və qeyd edirdilər ki, hüquq-mühafizə orqanları “iOS” və ya “Android” əməliyyat sistemləri ilə işləyən smartfonları satın almalı idi.

2017-08-30 ||ictnews.az