Fərdi kompüterlər üçün ən sürətli çiplər təqdim edilib

"AMD" şirkəti tarixdə kompüterlər üçün ən məhsuldar prosessorlar ("Ryzen Threadripper" çipləri) təqdim edib.

Yeni prosessorlar "SocketTR4" platformasını dəstəkləyir. Bu platformada 64 xətli "PCIe" nəzərdə tutulub və "AMD SMT" texnologiyası ilə təchiz edilib. Sonuncu 16 nüvəli 1950x prosessoruna 32,12 nüvəli 1920x prosessoruna 24,8 nüvəli 1900x prosessoruna 16 əmr axını yerinə yetirməyə imkan verir. Modeldən və sürətləndirmə texnologiyasının tətbiqindən asılı olaraq takt tezliyi 3,4-4,2 QHs-dək təşkil edir.

"ICTnews" Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, "AMD Ryzen Threadripper" prosessorları 14 nanometrlik "Zen" arxitekturasına əsaslanır və 4 kanallı "DDR4" yaddaş kontrollerinə malikdir. 1950X və 1920x versiyaları müvafiq olaraq 40 və 38 MB keş yaddaşa malikdirlər. Həmçinin "SATA", "NVMe" və "USB" interfeyslərinin prosessora birbaşa qoşulması qeyd edilir.

Yeni prosessorların qiyməti onu göstərir ki, məhsul zəngin fərdi kompüter istifadəçiləri üçün nəzərdə tutulub. "AMD Ryzen Threadripper 1950x" prosessorunun qiyməti 1000 dollar, "1920x" modelinin qiyməti 800 dollar təşkil edir.

2017-08-21 ||ictnews.az