|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

"Microsoft" şirkəti “Google Docs” servisinin “qatil”ini bağlayır

"Microsoft" şirkəti "Docs.com" fayl mübadilə saytını bağlayır, çünki o, funksionallıq baxımından "LinkedIn" sosial şəbəkəsinə məxsus "SlideShare" və özünün "OneDrive" resursunu təkrarlayır. Bu haqda şirkət rəsmi bəyanat verib. Ötən il "LinkedIn" resursunu 26,2 milyard dollara satın almış "Microsoft" şirkəti oxşar təyinatlı üç xidmətə sahiblənib.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, artıq "Docs.com" saytında yeni hesab yaratmaq mümkün deyil, ancaq sayt 15 dekabrda bağlanacaq. İstifadəçilər həmin vaxta kimi adi rejimdə fayllara baxa, redaktə edə, yükləyə, dərc edə və silə bilərlər. "Microsoft" sözügedən saytın ziyarətçilərinə öz məlumatlarını "SlideShare" və ya "OneDrive" resurslarına mümkün qədər tez daşımağı və ya sadəcə faylları silməyi tövsiyə ediblər.

2017-ci ilin martında baş vermiş hadisədən sonra "Docs.com" saytı tezliklə bağlanıb. Belə ki, kibertəhlükəsizlik üzrə tədqiqatçı Kevin Bimont aşkar etmişdi ki, "Docs.com" resursunun bəzi istifadəçiləri sayta özündə məxfi informasiya (parollar, sosial sığorta nömrələri, bank çıxarışları, tibbi məlumatlar və sairə) saxlayan fayllar yükləyiblər. İstifadəçilər bu faylları yalnız dostları və ya kolleqaları ilə paylaşıblar, ancaq saytın axtarış sistemi bu fayllara girişə imkan verib. Faylların sahibləri isə bu məsələdən xəbərsiz olublar.

Bundan başqa, "Google", "Bing" və başqa axtarış sistemləri "Docs.com" saytının fayllarına giriş imkanına malik olublar.

"Docs.com" – bu, 2010-cu ildə "Microsoft" şirkəti tərəfindən "Facebook" sosial şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində yaradılmış fayllar üçün hostinq xidmətidir. Sözügedən fayl mübadilə saytı "Microsoft Office Online" sisteminin bir hissəsidir. Sayta "Word", "Excel", "PowerPoint", "Mix" və "Sway" fayllarını, həmçinin "PDF" sənədləri və "URL" səhifələri yükləmək mümkündür. "Microsoft Office" paketi quraşdırmadan bu sənədlərə brauzerdə baxmaq olar. Sənədlərdə edilmiş bütün dəyişikliklər dərhal "bulud" sistemində saxlanılır.

2017-06-14 ||ictnews.az