|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

İllik elektron əyləncələr sərgisi işə başlayıb

Los-Ancelesdə “Electronic Entertainment Expo” (E3) illik elektron əyləncələr sərgisi işə başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Euronews” resursuna istinadən yazır ki, bu il dünyanın oyun sənayesinin ən böyük forumlarından biri ilk dəfə qapıları adi istifadəçilərin üzünə açıb. Tədbir çərçivəsində müxtəlif konfranslar keçirilir.

Məlumata görə, sərgidə iştirak edən şirkətlər virtual reallıq üçün populyar kompüter oyunlarının versiyalarını təqdim ediblər. Bu sahədə yeniliklərin sərginin 128 iştirakçısı (ötənilkindən 2 dəfə çox) tərəfindən nümayişi nəzərdə tutulur. Həmçinin, təşkilatçıların qənaətinə görə, 15 min oyun həvəskarı oyun və konsol istehsalçı və tərtibatçılarına insanların yeni ideya və qurğularla bağlı təəssüratlarını daha yaxşı anlamağa kömək edəcək.

ABŞ Proqram Təminatı və Kompüter Oyunları Assosiasiyasının məlumatına görə, 2016-cı ildə video oyunlar sənayesinin ABŞ Ümumi Daxili Məhsulunda (ÜDM) payı təxminən 12 milyard dollar təşkil edib.

2017-06-14 ||ictnews.az