Yığcam qurğu adi evi "ağıllı" evə çevirəcək

Karneqi-Mellon Universitetinin əməkdaşı Herad Laput tərəfindən təqdim edilmiş universal qurğu hər hansı evdə müxtəlif hadisələri izləyir, məişət qurğularını dəyişmədən və ya mövcud cihazları fərdi sensorlarla təchiz etmədən adi evi “ağıllı” evə çevirməyə imkan verir .

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Synthetic Sensor” adlı qurğu şəffaf korpusa malik kiçik lövhə formasındadır, üzərinə kontroller və mikrofon, akselerometr, temperatur, rənglər datçiki, maqnit sahəsinin gərginliyi, “Wi-Fi” və atmosfer təzyiqi daxil olmaqla bir neçə datçik qurulub. USB konnektorlu adapter vasitəsilə qurğu enerji ilə doldurulur.

Cihaz aktivləşdirildikdən sonra evdə baş verən hadisələri izləyərək bu məlumatları fərdi kompüterə ötürür. Fərdi kompüterdə quraşdırılmış proqram təminatı kompüter təlimindən istifadə edir.
Məsələn, proqram təminatı sensorlardan toplanılmış məlumatlar əsasında krandan su axdığını, qazın yandığını, blender və ya başqa cihazların işlədiyini müəyyənləşdirə bilir.

2017-05-15 ||ictnews.az