SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Sony Xperia XZ Premium” smartfonunun satışa çıxarılma vaxtı açıqlanıb

İlin əvvəlində keçirilən “MWC 2017” sərgisində maraqlı qurğulardan biri olan “Sony” şirkətinin “Xperia XZ Premium” smartfonu təkcə gözəl xarici görünüşünə görə deyil, “Snapdragon 835” prosessoruna, “4K” formatlı ekrana, saniyədə 960 kadr tezliyində videoçəkiliş aparan unikal kameraya malik olması ilə diqqəti cəlb edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, bu, mobil qurğular sahəsində mütləq rekord hesab edilir. İndiyədək istehsalçılardan heç biri belə nəticəyə nail olmayıb və yaxın gələcəkdə bunun baş verəcəyini gözləməyə dəyməz.

Yeganə problem ondan ibarətdir ki, “MWC 2017” sərgisinin başa çatmasından iki ay ötməsinə baxmayaraq “Sony” hələ də yeni qurğunu satışa çıxarmayıb. Lakin “WinFuture” resursunun sahə üzrə məlumatlı şəxsi Roland Kvandt məsələyə bir qədər aydınlıq gətirib. Onun sözlərinə görə, “Xperia XZ” bu ilin yayında satışa çıxarılacaq. Məsələn, Yaponiyada smartfonu iyunun 1-dən etibarən əldə etmək mümkün olacaq. Eyni vəziyyət Böyük Britaniyadadır. Bunu, həmçinin “Amazon” onlayn mağazasının Britaniya nümayəndəliyi rəsmən təsdiq edib.

2017-05-01 ||ictnews.az