SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Viber”də avtomatik ləğv edilən “məxfi çat”lar və ekran görüntüsünün bloklanması imkanı istifadəyə verilib

“Viber” messencerdə məxfi ünsiyyət üçün yeni imkanlar istifadəyə verib. Proqram istifadəçiləri tərəfindən yaradılan "məxfi çatlar" təyin edilmiş müddətdən sonra ləğv ediləcək. Bu funksiya əlavə təhlükəsizliyi təmin etmək lazım gəldikdə istifadə edilə bilər.

Bundan öncə müəyyən vaxtdan sonra ləğv etmə yalnız mesajlar üçün əlçatan idi: bu funksiya ilin əvvəlində istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “məxfi çat”ın tərkibinin kopyalanmasının qarşısını almaq üçün “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğularda ekran görüntüsü etmək imkanı bloklanacaq. “iOS” istifadəçiləri ekran görüntüsü edildiyi halda xəbərdarlıq alacaq. “iOS” əməliyyat sisteminin xüsusiyyətlərinə görə “iPhone” və “iPad” qurğularında ekran görüntüsünün yaradılmasını bloklamaq mümkün deyil.

“Viber” messencerinin auditoriyası 800 milyondan çoxdur. Başqa populyar messencerlərdə olduğu kimi, “Viber”də də mesajlar şifrlənir.

Xatırladaq ki, mesajların müəyyən vaxtdan sonra ləğvi və ekran görüntüsünün bloklanması “Snapchat” messencerinin yaranmasından sonra populyarlaşıb.

2017-03-13 ||ictnews.az