SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Yeni “iPad” planşet kompüteri 4 aprel tarixində təqdim ediləcək

“Apple” şirkəti tərəfindən il ərzində keçirilən tədbirlərdən biri həmişə yazın əvvəlində baş tutur. İnternetdə yeni “Apple iPad” planşetlərinin təqdimatı ilə bağlı şayiələrin dolaşmasına baxmayaraq, ancaq indiyədək bunu təsdiq edən heç bir sübut yoxdur. Nəhayət, “Apple World Today” nəşrinin məlumatına görə, növbəti mətbuat konfransı 4 aprel tarixində keçiriləcək. Nəşr 12,9 düymlük “iPad Pro” planşetinin əlçatanlığı haqda informasiyaya əsasən belə qənaətə gəlib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bundan başqa, ötən il Tim Kuk jurnalistlərlə son görüşündə məlumat verib ki, növbəti görüş artıq şirkətin yeni mənzil-qərargahında keçiriləcək. Yeni mənzil-qərargah isə rəsmən gələn aydan əlçatan olacaq.

2017-03-10 ||ictnews.az