|   Xəbərlər

“BlackBerry Aurora” iki SİM kartı dəstəkləyəcək

“TCL” şirkəti “MWC 2017” sərgisində “QWERTY” klaviaturalı “BlackBerry KEYone” smartfonunun təqdimatından sonra “BlackBerry Aurora” adlı daha bir qurğunu nümayiş etdirib. Smartfon barədə ötən həftə məlum olsa da, rəsmən indi təqdim edilib. “BlackBerry Aurora” mexaniki klaviaturasız, iki SİM kartı dəstəkləyən orta sinfə aid smartfondur. Yeni qurğunun inkişafı üçün istehsalçı əsas diqqəti funksiyaları əllə qurmağa imkan verən kameraya yönəldib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “BlackBerry Aurora” 1280х720 piksel təsvir ölçülü 5,5 düymlü ekran, dördnüvəli “Snapdragon 425” prosessoru, “Adreno 308” qrafik sürətləndiricisi, 4 giqabaytlıq operativ yaddaş, 32 giqabaytlıq quraşdırılmış yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyator, 13 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib.

Hazırda məxsusi olaraq İndoneziya bazarı üçün nəzərdə tutulan “BlackBerry Aurora” smartfonu üçün 262 dollara (+ JBL GO simsiz kolonkası ilə birlikdə) ilkin sifarişlərin qəbuluna başlanılıb.

2017-03-10 ||ictnews.az