SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Şəbəkə” xidmət mərkəzindən istifadə edənlərin sayı on minə çatıb

“Şəbəkə” xidmət mərkəzinin açılışından cəmi 18 gün keçməsinə baxmayaraq artıq onun xidmətlərindən minlərlə vətəndaş yararlanıb. Belə ki, xidmət mərkəzindən istifadə edənlərin sayı on minə çatıb.

Mərkəzin on mininci müştərisi olaraq qeydə alınan Bakı şəhər sakini İsmayılov Etibar Bədəl oğlu mükafatlandırılıb. Qalibə hədiyyələr təqdim olunub.

Xatırladaq ki, ilk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyli 36, ünvanında yerləşir.

Mərkəzdə bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri göstərilir. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər.

2017-03-02 ||ictnews.az