SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

İlk virtual reallıq kostyumu nümayiş olunub

“NullSpace VR” layihəsinin tərtibatçıları virtual reallıq üçün kostyum təqdim ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, toxunuşla duyulan hisslərin virtual reallıq dünyasına ötürülməsini nəzərdə tutan dünyanın ilk kostyumu “HARDLIGHT” VR” adlanır. Virtual reallıq kostyumunu geyinən oyunçu qəhrəmanın oyunda partlayış, zərbə və ya adi toxunuşlar kimi keçirdiyi bütün hissləri yaşamaq imkanına malikdir.

Məlumata görə, insan bədəninin üst hissəsinə geyilən “HARDLIGHT VR” kostyumu iş prinsipinə görə virtual eynəklər kimi işləyir. Həmçinin oyunçunun sərbəst hərəkət etməsi üçün uzun “USB” naqili tələb olunur.

Tərtibatçıların sözlərinə görə, yalnız 15 oyunu dəstəkləyən “HARDLIGHT VR” virtual reallıq kostyumunun qiyməti 450 dollar təşkil edir.

2017-03-01 ||ictnews.az