SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Yeni zərərli kampaniya “Chrome” istifadəçilərinə hücum edir

“Malwarebytes” şirkətinin mütəxəssisi Jerom Sequra “Google Chrome” brauzerinin istifadəçilərinə qarşı yönələn yeni zərərli kampaniya barədə məlumat verib. Kampaniya zamanı cinayətkarlar qurbanları “Chrome” genişlənməsinin (extension) yüklənməsinin və quraşdırılmasının təklif olunduğu internet saytına yönəltmək üçün görünən “Add Extension to Leave” bildirişlərindən istifadə edirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, quraşdırmadan sonra genişlənmə bir neçə işi yerinə yetirir. İlk növbədə proqram istifadəçinin “chrome://extensions и chrome://settings” səhifələrinə çıxışı bağlayır, bölmələri açmaq istədikdə isə “chrome://apps” səhifəsinə avtomatik yönəltmə baş verir.

Bundan əlavə, genişlənmə istifadəçinin daxil olmaq istədiyi saytın ünvanında müəyyən əsas sözləri müəyyənləşdirən zaman trafiki ələ keçirərək qurbanı zərərli saytlara yönəldir. Yönəltmə müxtəlif tip resurslara, o cümlədən tez varlanma üsulları təklif edən şübhəli saytlara və saxta texniki dəstək saytlarına edilir.

J.Sequranın sözlərinə görə, belə davranış bir qədər təəccüb doğurur, çünki əksər zərərli kampaniyalar istifadəçiləri daha təhlükəli proqram təminatını (virtual valyuta oğurlayan proqramlar, bank troyanları, arzuolunmaz reklam proqram təminatı və s.) çatdıran eksployt dəstlərinin olduğu səhifələrə yönəldir.

2017-02-24 ||ictnews.az