|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Niderlandda smartfon istifadəçiləri üçün xüsusi işıqfor quraşdırılıb

Niderlandın Bodeqraven-Reuveyk şəhərində piyadaların hərəkətini yaxşılaşdırmaq məqsədilə küçələrdə hərəkət edən zaman diqqətini smartfon ekranlarından ayıra bilməyən sakinlər üçün xüsusi svetofor quraşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, xüsusi işıqfor yerə diqqətini mobil qurğu ekranından ayıra bilməyən insanların görə biləcəyi parlaq qırmızı və ya yaşıl rəngli zolağı proyeksiya edir. İşıqfor ümumi təhlükəsizlik üçün quraşdırılıb. Çünki avtomobili idarə edən zaman insanların diqqətini yayındıran smartfon bunu yeriyərkən də edə bilər.

Məlumata görə, hazırda yalnız şəhər məktəblərindən birinin yaxınlığında quraşdırılan sistemin tezliklə başqa yerlərdə istifadəyə veriləcəyi gözlənilir. Oxşar sistemin sınaqları Avstraliya və Almaniyada keçirilir.

2017-02-17 ||ictnews.az