|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Virtual reallıq eynəyi zəif görmə qabiliyyətli insanlar üçün uyğunlaşdırılıb

Amerikalı alimlər istifadəçinin görmə qabiliyyətinə uyğunlaşan virtual reallıq eynəyinin prototipini hazırlayıb.

Mövcud virtual reallıq eynəyi modelləri istifadəçinin görmə qabiliyyətinə uyğunlaşdırılmayıb, buna görə zəif görmə qabiliyyətli insanlar belə qurğulardan istifadə zamanı çətinliklərlə üzləşir. Bu halda presbiopiya xəstəliyindən əziyyət çəkən pasiyentlər yaxın məsafədə yerləşən obyektlərə fokuslana bilmirlər, “VR” texnologiyada isə kəskinlik dərinliyinin olmaması sağlam insanın gözlərinin yorulmasına səbəb olur.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, Dartmutsk Kolleci və Stenford Universitetinin alimləri "adaptiv fokusa malik təsvirlər" texnologiyasını təqdim ediblər. Müəlliflər bu texnologiyanın əsasında virtual reallıq eynəyinin iki prototipini düzəldiblər. Birinci prototipdə maye linzalardan istifadə edilib, kompüter isə istifadəçi və virtual obyekt arasındakı məsafədən asılı olaraq kəskinlik dərinliyini dəyişdirib.

İkinci prototip “Samsung Gear VR” eynəyi əsasında hazırlanıb və gözlərin izlənilməsi texnologiyası ilə təchiz edilib. Bu halda qurğunun ekranı ötürücü vasitəsilə yerini dəyişdirir ki, bu da obyektə qədər olan məsafənin dəyişilməsini imitasiya edir. Eyni zamanda baxış istiqamətinin izlənilməsi sistemi müşahidə edilən obyektin fonunu bulanıq hala salır və nəticədə kəskinlik dərinliyinin illüziyası yaranır.

2017-02-16 ||ictnews.az