|   Xəbərlər

Onurğa beynin sinir siqnalları ilə idarə olunan protez yaradılıb

London İmperiya Kollecinin alimləri onurğa beyninin sinir sonluğunun siqnallarını interpretasiya edən və onları protez əlin hərəkətinə çevirən unikal sistem işləyib hazırlayıblar. Protez əli hərəkət etdirmək üçün insan yalnız lazımi hərəkət haqda düşünməli, bundan sonra hərəkətedici sinirlərdən oxunulan elektrik impulsları protezin müvafiq mexaniki hissələrini hərəkət etdirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, əvvəlki nəsil protezlərdə datçiklər pasiyentin amputasiya edilmiş əl-ayağındakı əzələlərin sonluğuna bərkidilirdi və bu, çox vaxt problem yaradırdı. Bu əzələlərin dartılması protezi hərəkətə gətirir. Amma əksər hallarda əzələlər çox güclü zədələndiyindən protezin hərəkəti çox məhdud olurdu. Pasiyentlərin təxminən 50%-i protezin işindəki nasazlıq səbəbindən ondan imtina edirdilər. Bu səbəbdən bir çox mütəxəssislər artıq çoxdan sinir sisteminə önəm verməyə başlayıblar.

Britaniyalı alimlər fərqli metoddan istifadə ediblər. Onlar əvvəllər onurğa beyindən amputasiya edilmiş əl-ayağa aparan hərəkəti sinirləri ayıraraq onları zədələnməmiş döş əzələləri ilə birləşdiriblər. Bundan sonra bu əzələlərin üzərindəki dəriyə əzələ aktivliyini qeydə alan xüsusi sensorlar bərkidilib. Bu, bu və ya digər hərəkət haqda, sadəcə, düşünməklə protezi hərəkətə gətirməyə imkan verib.

2017-02-10 ||ictnews.az