|   Xəbərlər

“Delta Telecom LTD” MMM olaraq bildiririk ki, 03.08.16 tarixdə bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə qısa müddətli fasilələrlə kəsintilər yaranması ilə yayılmış məlumatlar həqiqəti əks etdirmir

“Delta Telecom LTD” MMM olaraq bildiririk ki, 03.08.16 tarixdə bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə qısa müddətli fasilələrlə kəsintilər yaranması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Belə ki, göstərilən müddətdə və hazırda Delta telekom müştərilərini sabit və davamlı internet xidməti ilə təmin etməkdədir. Təxirəsalınmaz profilaktik tədbirlərin həyata keçirilməsi zamanı rezervlənməmiş xətlərdən istfadə edən müştərilərdə yaranan kiçik problemlər olmuşdur ki, bunun məsuliyyətini müəssisəmiz daşımır və bu problemlər artıq axşam saatlarında aradan qaldırılmışdır. Əgər hər hansı bir müştəri götürdüyü xidməti və ya istifadə etdiyi avadanlığı rezervləmirsə müxtəlif səbəblərdən, eləcə də profilaktik tədbirlərin keçirilməsi zamanı xidmətin qısa müddətli dayanması labüddür.
“Delta Telekom LTD”MMM olaraq bildiririk ki, xidmətdə yaranan fasilə ilə bağlı gün ərzində hər hansı bir mətbuat vasitəsi, rəsmi və ya özəl qurumdan sorğu daxil olmamışdır.
Həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayılması heç bir jurnalist etikasına sığmır. Məsələ ilə bağlı məlumat yayarkən müəssisədən verilən məlumatlara istinad edilməlidir.

2016-08-03 ||