Müqəddəs Qurban Bayramınız Mübarək!

Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Müqəddəs Quranda da bu bayrama

"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".

"Delta Telekom" şirkəti "QURBAN" Bayramı münasibətilə bütün dünya azərbaycanlılarının timsalında dünya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edir, uca Tanrıdan millətimizə, Islam aləminə xeyir gətirməsini arzulayır və Allahımızdan növbəti QURBAN Bayramını doğma QARABAĞ ilə keçirməyimizi diləyirik. Qoy gələn QURBAN Bayramı münasibətilə QARABAĞ-da "Delta Telekom MMM"-in xidmətləri torpaq azadlığı naminə töhvəmiz olsun. Qoy, bayram evinizə ruzi, könlünüzə saflıq və sevinc bəxş etsin! .. Müqəddəs Qurban Bayramınız mübarək!!!

2012-10-23 ||www.delta-telecom.net