SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Azərbaycanın baş provayderi - Delta Telecom şirkəti - bütün ölkə üzərində IP/MPLS şəbəkəsinin modernləşdirilməsinə başlayıb

Azərbaycanın baş provayderi - Delta Telecom şirkəti - bütün ölkə üzərində IP / MPLS şəbəkəsinin modernləşdirilməsinə başlayıb. Bu barədə Delta Telecom şirkətinin direktoru Ramazan Vəliyev Trend-ə bildirib.
R. Vəliyevin sözlərinə görə, əsas magistral şəbəkə qovşaqlarının modernləşdirilməsi zamanı Delta Telecom eyni zamanda yüksək data trafik həcmini kommutasiya etməyə qadir 100 Gigabit-lik interfeysi ilə marşrutlaşdırıcıları quraşdıracaq.
Təchizatçı Amerikanın telekommunikasiya avadanlığı istehsalçısı Juniper Networks şirkətidir.
"Layihə Azərbaycan rayonlarının arasında rezerv şəbəkəsinin yaradılmasına xidmət edir. Backup şəbəkəsi üç şaxədən,- onların arasındakı buraxılış qabiliyyəti , hansı ki, 100 gigabit-ə çatacaq, yəni ki, texniki şəbəkə 300 gigabit-lik trafiki kommutasiya edə biləcək.
Hazırda ölkə üzrə əsas xətt qovşaqlarının sayı 14-dür . IP / MPLS şəbəkəsi Azərbaycanın bütün regionlarını əhatə edir ", - R.Vəliyev bildirib.
R.Vəliyevin sözlərinə görə IP / MPLS şəbəkəsinin modernləşdirilməsi, Azərbaycan mobil operatorları üçün son istifadəçilərə göstərilən xidmətin müsbət keyfiyyətlərindən faydalanmasına imkan yaradır.
" IP /MPLS şəbəkəsi mobil operatorların yüksək sürətli çıxışını təmin etmək üçün inşa edilmişdir. Məsələn, IP/ MPLS şəbəkəsinin modernləşdirilməsi, 3G şəbəkəsi genişlənmiş mobil operatorlar üçün heç bir çətinlik olmadan dördüncü və beşinci nəsil texnologiyaya keçidinə imkan verəcək. 2G texnologiyasından 3G texnologiyasına keçidi çətin dönəm hesab etmək olar, belə ki, ikinci nəsil texnologiyada radio kabellər istifadə edilib, həmin zaman 3G texnologiyasında optik kabellər istifadə edilir, bu isə ötürülmə qabiliyyətini real olaraq genişləndirir- R. Vəliyev deyib.

2013-06-04 ||Trend.az