SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Azərbaycan ilə İran arasında internet sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır

Yanvarın 28-də Tehranda Azərbaycan ilə İran arasında internet sahəsində əlaqələrin genişləndirilməsinə dair operator şirkətləri arasında memorandum imzalanmışdır.
Azərbaycan Respublikası tərəfindən memorandumu “Delta Telecom LTD” şirkətinin direktoru Ramazan Vəliyev və şirkətin texniki direktoru Rahid Ələkbərli, İran tərəfindən isə İranın informasiya-kommunikasiya texnologiyaları nazirinin müavini, “Telecommunication Infrastructure Company” şirkətinin direktorlar şurasının sədri və icraçı direktoru Mahmud Xosrovi və bu şirkətin direktorlar şurasının üzvü Əhməd Pourangnia imzalamışlar.
Sənəddə İranın beynəlxalq internet magistralı tutumlarının bir hissəsinin Azərbaycanın “Delta Telecom LTD” şirkəti tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, rabitə və informasiya texnologiyaları sahəsində özünün keyfiyyətli xidmət imkanlarını həm İrana, həm də bu ölkənin rabitə sistemi vasitəsilə digər region dövlətlərinə təklif edir. Son illər Azərbaycanda rabitə və telekommunikasiya sahəsində keyfiyyətli, iritutumlu və bütün parametrləri ilə sərfəli olan xidmət növləri yaradılmışdır. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ölkəmizdə bu sahənin inkişafı ilə bağlı yeni-yeni imkanlar yaradacaqdır.
Tərəflər əminliklə qeyd etmişlər ki, iki ölkə arasında rabitə və telekommunikasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Odur ki, bu sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır.

2013-02-06 ||www.azertag.com