Bebe.az İntelektual Uşaq Portalı Netty 2012 Milli İnternet Mükafatı layihəsinin qalibi oldu

İyun ayının 21-i Səməd Vurğun adına Rus Dram Teatrında Netty 2012 Milli İnternet Mükafatı müsabiqəsinin final gecəsi keçirilmişdir. Virtual Jüri səsverməsi nəticəsində seçilmiş nominantlar arasından Netty Akademisyasının seçdiyi iştirakçılar qalib elan edilmiş, Netty 2012 müsabiqəsinin ənənəvi mükafatı və hədiyyələr ilə təltif olunmuşdur. Müsabiqədə “Delta Telecom Ltd”nin layihəsi olan İntelektual Uşaq Portalı “www.bebe.az” “Elm və Təhsil” nominasiyası üzrə qalib elan olunmuşdur. Həmçinin http://118.az/, http://muzzaz.net, http://biznesinfo.az/, http://video.az/, http://360view.az/, http://hidrock.net/, http://manufaktura.az, www.chagriib.com, http://mardiyev.az/, http://tennisinfo.az, http://sql.az/ saytları da müxtəlif kateqoriyaları üzrə Netty 2012 müsabiqəsinin qalibləri oldular.

2012-06-22 ||www.delta-telecom.net