|  Həllər  |  İnternet magistral

İnternet magistral


Delta Telecomun  İnternet Magistralı - Azərbaycanın daxili İnternet trafikini mövcud beynəlxalq internet kanalları vasitəsilə dünyanın qlobal internet şəbəkəsinə çıxarılmasını təmin edən bir şəbəkə sistemidir.

İnternet magistral Azərbaycanda və Qafqazda ilk dəfə, məhz Delta Telecom tərəfindən yaradılmışdır. Bu, yaradılmış magistralın xüsusi özəlliyi onun həm şimal və cənub, həm də qərb istiqamətində tam yedəkli olaraq, beynəlxalq internet kanallarına məxsus olmasıdır. Bu da o deməkdir ki, hər hansı fövqəladə hal şəraitində bu beynəlxalq kanalların zədələnməsində belə, Azərbaycanın internet istifadəçiləri heç bir problem ilə üzləşməyəcəklər.

İnternet magistralımız həmçinin qonşu ölkələrin iri İSP-nə internet xidməti göstərir. Bu göstərilən xidmət Delta Telecomun İnternet Magistralının əvəzedilməzliyinin baris nümunəsidir.

Nəinki Azərbaycanda, həmçinin regionda ilk dəfə olaraq, hər üç istiqamətdən alternativ optik kanallar vasitəsi ilə Avropa İnternet Magistralına çıxış Delta Telecomun İnternet Magistralı tərəfindən həyata keçirilmişdir.

İnternet Magistral coğrafiyası dedikdə, bura- Rusiyanın, Türkiyənin, Gürcüstanın və ən önəmlisi Avropanın daxil olduğu internet şəbəkə nəzərdə tutulur.

Regionun yeganə ən dayanıqlı infrastrukturu olaraq, ən ucuz qiymətə Azərbaycan internet istifadəçilərini yüksək keyfiyyətli internet ilə təmin etmək, həmçinin İnternet Magistrala bağlı olan internet trafikinin (Azərbaycan daxili İSP-lər və qonşu ölkənin İSP-ləri daxil olmaqla) kəsintisiz, itgisiz və stabil olaraq, Avropa İnternet Şəbəkəsinə daşınmasını gerçəkləşdirmək, azərbaycandilli məlumatı genişləndirmək ən başlıca məqsədimizdir.

İnternet Magistralının qabaqcıllığının ən ümdə göstəricisi- regionda ilk dəfə optik yerüstü kanallar vasitəsilə iri tutumlu internet trafikini regiona daşınması, həmçinin Rusiya, Türkiyə və Avropanı beynəlxalq internet kanalları ilə təchiz olunmasıdır.

Strateji inkişafımızda Magistralın bu qədər böyüyərək regiona xidmət göstərilməsində əsas səbəb qiymət və keyfiyyət siyasətimizdir.

Keyfiyyətin yüksəltməsi üçün aparılmış siyasət nəticəsində il ərzində ola biləcək internet dayanmalarının sayı minimuma endirilmiş, il ərzində 4 dəqiqədən çox fasilə müşahidə edilməmişdir.

Yüksək keyfiyyət, ən ucuz qiymət lozunqu ilə çalışan magistral qiymətləri bu gün- 2010-cu ilin sentyabr ayına 140 dəfəyə qədər endirildi.

Bütün beynəlxalq kanalların birləşdiyi yüksək texniki parametrlərinə malik marşrutlayıcılar tam rezervlənmiş şəkildə fəaliyyət göstərir.

Bu gün magistral Rusiya, Türkiyə üzərindən alternativ operatorlarla, hətta Okeaniya üzərindən Avropa magistralına bağlanılır.

Müxtəlif istiqamətli beynəlxalq internet kanallarının tutumu onlarla qiqabit/saniyələrlə ölçülür. Son istifadəçilərə ötürülə bilən internet trafikinin tutumu ümumi tutumun 30 %-dən çox deyildir.

Azərbaycandaxili internet istifadəçilərinin sayı hər gün artdıqca, analoji olaraq istifadə olunan internet tutumları da artır, buna görə də Supermagistral tükəndiyi tutumların həcmini artırır və topdan şərtlərlə daha iri tutumları ən uçuz qiymətlərlə istifadəçilərə çatdırmaq imkanı yaradır. Nəticədə internet trafikinin illik tutumu son ildə 3 dəfədən artıq olmuşdur.

İnternet Magistralının xidmətlərindən Azərbaycanın bütün daxili provayderləri - dövlət qurumları, bank strukturları, korporativ müştərilər, özəl şirkətlər və hüquqi şəxslər, həmçinin qonşu ölkələrin provayderləri faydalana bilər. Fiziki şəxslər isə İnternet magistralın peyk və ya mobil WiMax sistemi üzərindən internet xidmətlərindən istifadə edirlər.

Azərbaycanın daxili internet trafikini dünyanın internet şəbəkəsinə çıxarılmasını məhz Delta Telecomun İnternet Magistralı həyata keçirir.

Bununla yanaşı, Azərbaycanın yeganə İnternet Magistralı beynəlxalq kanallarının sayını il ərzində bir neçə dəfə artırmaqla, Azərbaycanın daxili internet istifadəçilərinə daha sürətli, keyfiyyətli və limitsiz internetə sahib olmasına böyük imkanlar yaradır.

Hər zaman alternativ təklifləri ilə regionun lideri olan İnternet Magistral, Azərbaycan internet istifadəçilərini yüksək sürətli, keyfiyyətli internetlə təmin edir və bu xidmətin daha da əvəzedilməz olması üçün dayanmadan, böyük əzm ilə çalışır.